Natiq Cəfərli həbsdə qaldı (VİDEO)

Sizin brauzer HTML5-i dəstəkləmir

Natiq Cəfərlinin anası oğlunun həbsindən danışır

(Natiq Cəfərlinin anası Nadya Cəfərova oğlunun həbsindən danışır.)

Avqustun 17-də Bakı Apellyasiya Məhkəməsi Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişməyib.

Apellyasiya instansiyası Nəsimi Rayon Məhkəməsinin qərarının əsaslı olması qənaətinə gəldiyindən onu qüvvədə saxlayıb.

Siyasətçinin vəkilləri onunbarəsində qərarın ləğv edilməsini tələb edirdilər.

Məhkəmə qapalı olub.

N.Cəfərlinin vəkillərindən Cavad Cavadov məhkəmədən sonra jurnalistlərə açıqlamasında qərarın əsassız olduğunu deyib.

Vəkil iş üzrə yerli məhkəmələrin qərarlarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediləcəyini bildirib.

Bunlara da baxın:


N.Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Natiq Cəfərliyə Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Bu ittihamlarla Natiq Cəfərli əmlakı müsadirə olunmaqla 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıa bilər.

REAL hərəkatı bəyanat verərək həbsi siyasi sifariş sayıb. Bəyanatda qeyd edilib ki, bu sifariş dövlət başçısından gəlib. REAL hərəkatı Natiq Cəfərlinin mənimsəmələrə yol vermədiyini, iddiaların cəfəngiyat olduğunu bildirir.