Nardaran sakini: 'Maskalılar kəndə daxil oldu, qorxu mühiti yaradıldı'

Sizin brauzer HTML5-i dəstəkləmir

Nardaranda yeni gərginlik dalğası yaşanır. Məktəblərdə hicab qadağasına qarşı keçirilən etirazlardan sonra kənddə xüsusi reydlərin aparıldığı və kütləvi həbslərin başladığı bildirilir. Rəsmi qurumlar iddiaları cavabsız qoysa da, hüquq müdafiəçiləri saxlanılanların sayının artıq yüzlərlə ölçüldüyünü deyirlər.