Daha bir qrup nardaranlının işi məhkəməyə göndərilib

Nardaran polis əməliyyatından qabaq

Nardaran qəsəbəsində baş verən olaylara görə, həbs olunan daha 12 məhbusun işi məhkəməyə göndərilib.

Bu haqda həmin şəxslərin vəkillərindən Fariz Namazlı məlumat verib.

Vəkil məhkəmənin vaxtının hələ bəlli olmadığını deyib.

Buna da bax:​ 'Nardaran işi': 'Bura məhkəmədi, yoxsa agentura yuvası?'

İşləri məhkəməyə göndərilən nardaranlılar Qasımov Elçin, Yəhyayev Ağa-Əli, Qəhrəmanov Nahid, Şirvanov Seyfəddin, Muradov Fərhad, Əliyev Ramil, Axundov Elgün, Alış Vüsal, İbrahimov İsa, Aslanov Seymur, Şahbazov Əli Əliyev Əmirəlidir.

Adları çəkilən şəxslər qarşı Cinayət Məcəlləsinin cinayətə hazırlıq, terrorçuluq, kütləvi iğtişaş və digər maddələri ilə ittiham irəli sürülüb.

Buna da bax: Cəmil Həsənli: '30-cu illərdə nə qədər ağır işgəncə versələr də, şalvar soyundurmayıblar'

2015-ci il noyabrın 26-da Nardaranda silahlı insident olub. Rəsmi məlumata görə, bu zaman dörd nəfər kənd sakini və iki polis ölüb.

Rəsmi bilgilərə görə, həmin hadisələrlə bağlı «Müsəlman Birliyi» Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib. Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir.

Buna da bax: Nardaran işi: 'Öldürülən beşinci adam kimdir?'

Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir.

T.Bağırov və onunla saxlananlar qətldə və daha bir neçə çox ağır cinayətdə təqsirləndirilir. Təqsirləndirilənlər bu ittihamları rədd edir, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Buna da bax:

Sizin brauzer HTML5-i dəstəkləmir

'Nardaran işi'ndə dava düşdü