İyunun 14-də ümumtəhsil məktəblərində "Son zəng" tədbiri qeyd olunur.
Pandemiya qadağalarına görə buraxılış siniflərinin ənənəvi şənliklər keçirməsi Təhsil Nazirliyi tərəfindən qadağan olunub.
Nazirliyin məlumatına görə, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 min 69 nəfər şagird bitirir. Onlardan 38 min 461 nəfəri qız, 45 min 608 nəfəri oğlandır.
2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 min 110 məktəbəhazırlıq qrupunu 106 min 580 nəfər uşaq başa vurub.
2021-2022-ci tədris ilində respublika üzrə 158 min 608 uşağın I sinifdə təhsil alacağı gözlənilir.