Azərbaycan Müdafiə Nazirliyi xəbər verir ki, saat 19.30-dan etibarən Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun yaşayış məntəqələrini və Azərbaycan Ordusunun bölmələrinin mövqelərini atəşə tutmaqda davam edir.
Bu zaman iriçaplı silahlardan və artilleriya qurğularından istifadə olunduğu deyilir.
İyulun 12-də iki ölkənin sərhədində Tovuz istiqamətində döyüş gedir. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.
Son 3 gündə Azərbaycan tərəf biri general olmaqla 11 hərbçisini itirməsi, 4 yaralı olması haqda xəbər yayıb.
Ermənistan tərəf də dörd hərbçisinin ölməsi haqda məlumat yayıb. O da öz növbəsində baş verənlərə görə Azərbaycanı ittiham edir.