Sədrləri ekspert etdilər, partiyalarını isə unutdular

Sizin brauzer HTML5-i dəstəkləmir

Hakimiyyətin nəzarətindəki media resurslarının, o cümlədən dövlət televiziyalarının və informasiya agentliklərinin monitorinqi göstərir ki, iqtidarla dialoqa gedən partiya sədrlərinin efirə çıxmasına, mediada görünməsinə şərait yaradılır. Lakin onlar verilişlərə siyasi partiya lideri kimi yox, sadəcə beynəlxalq gündəmi və ya daxili mövzuları şərh edən ekspert qismində dəvət olunurlar. Həmin siyasətçilərin təmsil etdikləri partiyaların fəaliyyəti, bəyanatları və siyasi gündəmi barədə məlumatlara isə mediada ümumiyyətlə yer verilmir.