Müsəlman şagirdlər müəllimənin əlini sıxmadılar- [$5000 cərimə]

(©Shutterstock)

►Üstəlik atalarının Avropaya necə gəldiyi araşdırılacaq

İsveçrənin təhsil rəsmiləri qərar çıxarıblar ki, isveçrəli müəllimlərin əlini sıxmaqdan imtina edən müsəlman şagirdlərin valideynləri 5000 dollar cərimə olunacaqlar.

Bazel yaxınlığındakı Tervil şəhərində bir məktəbin iki müsəlman oğlan şagirdinə dini səbəblərdən müəllimələrin əlini sıxmamağa icazə verilib. Ancaq məktəb diskriminasiyaya yol verilməsin deyə oğlanların kişi müəllimlərin də əlini sıxmaması barədə qərar çıxarıb.

Bu hadisə bütün ölkədə müzakirələrə səbəb olub. Belə ki, İsveçrədə günün başlanğıcında və sonunda şagirdlərin müəllimlərinin əlini sıxması adətdir.

14 və 15 yaşları olan iki qardaş iddia ediblər ki, müəllimələrin əlini sıxmaq bir müsəlman kimi onların dini baxışlarına ziddir.

"Basler Zeitung" qəzeti yazır ki, qardaşlardan biri öz Facebook səhifəsində "İslam dövlətini" dəstəkləyən material paylaşıb.

Məktəbin bu müvəqqəti qərarı region hökuməti öz qanuni tövsiyəsini verənə qədər qüvvədə olmalı idi.

____________________________________________________________

Bunlara da bax:
Xədicə azadlıqda (Video)
London Azərbaycan kleptokratiyasına necə kömək edir

____________________________________________________________

Çərşənbə günü yerli təhsil departamenti məktəbin qərarını ləğv edib. O bunu onunla izah edib ki, "kişilər və qadınlar arasında bərabərlik kontekstində ictimai maraq və xaricilərin inteqrasiyası dini azadlıqlardan xeyli mühümdür". Qərarda deyilir ki, müəllimin şagirdin onun əlini sıxmasını tələb etməyə haqqı var.

Qərarda həmçinin deyilir ki, şagirdər yenidən müəllimin əlini sıxmaqdan imtina etsələr "qanuni sanksiyalar tətbiq olunacaq."

Yeniyetmələrin müəllimlərin əlini sıxmaqdan imtina etməsi məsələsinin ictimailəşməsindən az sonra onların ailələrinin İsveçrə vətəndaşlığı almaq üçün yanvar ayında təqdim etdikləri ərizəyə baxılması təxirə salınıb. Rəsmilər bildiriblər ki, oğlanların məsciddə imam olan atasının on il əvvəl Suriyadan İsveçrəyə necə gəldiyi araşdırlmalıdır.

İsveçrədə 400 minə qədər müsəlman yaşayır. Bu, 8 milyonluq ölkə əhalisinin 5%-i deməkdir.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (25 may)

Xədicə İsmayıl: “Daha gəncəm”

Sizin brauzer HTML5-i dəstəkləmir

Günün əsas hadisələri AzadlıqLive proqramında (25 may)

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (25 may)

Abid Şərifov: “Sovetskidəki binaların tarixi əhəmiyyəti yoxdur”

Sizin brauzer HTML5-i dəstəkləmir

Xədicə: "Qaldığım yerdən davam edəcəm"