Musatafa Camilovu Krıma buraxmadılar (rus dilində)

Sizin brauzer HTML5-i dəstəkləmir

Mayın 3-də yüzlərlə Krım tatarı öz liderləri Mustafa Camilovu qarşılamaq üçün Conqar keçid məntəqəsində yığışıblar. Onlar Rusiya hərbçilərinin qurduğu kordonu yarıb Ukrayna nəzarətində olan hissəyə keçiblər. Burada Camilovu alqışlarla qarşılayan krım-tatarlarını Rusiya hərbçiləri geri buraxmamaqla hədələyəndə, Camilov qayıtması müqabilində həmvətənlərinin geri buraxılmasını tələb edib. Onun sözlərinə görə, bir sıra Avropa ölkələri rəsmiləri ondan xahiş ediblər ki, qarşıdurmadan çəkinsin. Camilov Kiyevə, krım-tatarları isə Krıma dönüblər