'Müller' rolunun məşhur ifaçısı vəfat etdi

Leonid Bronevoy

SSRI xalq artisti, "Baharın 17 anı" filmində Gestapo şefi Henrix Müller rolunun ifaçısı Leonid Bronevoy 89 yaşında Moskvada vəfat edib.

Aktyor 1988-ci ildən Moskvadakı "Lenkom" teatrında çalışırdı.

1928-ci ildə Ukraynada yəhudi ailəsində doğulan Leonid Solomonoviç Bronevoyun atası Stalin repressiyaları dövründə trotskiçi kimi həbsə atılıb.

Anası ondan boşansa da, uşağın atasının adını "Sergeyeviç" etsə də, onları da "vətən xaininin ailəsi" kimi sürgün ediblər.

Leonid gənc yaşlarında həkim şəyirdi, makinaçı kimi çalışıb, kukla teatrının tikiş sexində işləyib.

1950-ci ildə Daşkənd Teatr Məktəbini bitirib.

Müller rolunu ifa edənəcən, Rusiyada müxtəlif teatrlarda çalışıb.

Bu rol onu bütün SSRİ-də məşhurlaşdırıb.

Onun yaratdığı daha bir personaj da - "Sevgi formulu"ndakı Doktor da populyarlıq qazanıb.