Müharibəyə öyrəşmiş kəndlilər

 Aprel hadisələrindən sonra Evoğlu kəndində insanlar rahat - öncəki həyatlarına qayıdıblar.

Evoğlu kəndindəki bu ev aprel atışmaları zamanı tamami ilə yanıb dağılmışdı.

Kənddə bir neçə ev tamamilə dağılmış və çox sayda ev zərər görmüşdü.

Yaşlıların sözlərinə görə, atışmada ən çox psixoloji zərbə alan azyaşlılar oldu.

Heyvan saxlayan kəndlilər qış üçün indidən tədarük görürlər.

Yaşlı insanlar, müharibənin daha öncə nə oduğununu bildiklərini deyirlər və atəş səsləri onları o qədər də qorxutmadığını bildirilər.

Kənd zakin Elzamin: "Altı ay öncə bura düşən mərmiləri görsəydiniz, düçünməzdiniz ki, buralarda yenidən rahat nəsə əkb becərəcəyik".

İnsanların əsas məşğul olduğu əkin-biçin sahələri cəbhə xəttindən 2-3 km məsafədə yerləşir.

Yerli xəstəxanalarda işləyən həkimlərin sözlərinə görə, aprel atışması zamanı uşaqlar və qadınlar daha çox psixoloji gərginlik yaşayıb.

Kənddəki ümumi mənzərə belədir ki, insanlar müharibəyə də öyrəşirlər və bütün olacaqlara təbii hal baxırlar.

Ağdamın Evoğlu kəndi Ermənistan hərbi postu ilə ən yaxın məsafədə yerləşən kəndlərdən biridir və sakinlər 23 ildir bu şəraitə öyrəşiblər.