'Heç siqaret pulumu ödəmir' – veteranlar 80 manatlıq təqaüddən narazı

Sizin brauzer HTML5-i dəstəkləmir

Müharibə veteranlarına verilən 80 manatlıq təqaüd artırıla bilərmi? Onlardan biri Malik Qurbanov deyir ki, bu məbləğ olduqca azdır: "Mən iki dənə iynəyə 90 manat pul verirəm, biri 45 manatdır. 80 manat hansı dərdimizə dərman eləsin? Heç mənim siqaret pulumu ödəmir". Hərbi jurnalist Səxavət Məmməd isə hesab edir ki, təqaüdün artırılmamasının başlıca səbəbi büdcəyə qənaətdir. Onun sözlərinə görə, bu təqaüd təyin olunandan bəri metronun, marşrutun və kommunal xidmətlərin qiyməti bir neçə dəfə bahalaşıb. Ekspert əlavə edir ki, bu təqaüdü alanların sayı o qədər də çox deyil və məbləğin artırılması dövlət büdcəsinə ciddi yük olmaz.