Fevralın 13-ü, bazar günü Azərbaycanın bəzi yerli hökumətyönlü saytları Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi Rəfael Xəlilov və nazirliyin üç zabitinin həbs edildiyi barədə məlumat yayıblar.
R.Xəlilovdan başqa, hərbi hissələrdən birinin maliyyə şöbəsinin rəisinin, Quru Qoşunlarının Maliyyə İdarəsinin rəisi Bayram Bayramovun və nazirliyin Maliyyə İdarəsinin əməkdaşı Vüsal Əlizadənin də həbs edildiyi bildirilir.
Vurğulandığına görə, onlar mənimsəmədə ittiham olunurlar. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə iş açıldığı qeyd olunur.
Eyni zamanda bildirilir ki, həmin şəxslərin saxlanması üzrə əməliyyatı Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirib.
Amma bütün bu məlumatları, hələlik, nə rəsmi qurumlardan, nə də sözügedən şəxslərin yaxınlarından dəqiqləşdirmək mümkün olub.