Azərbaycanın Müdafiə Nazirliyi Buzluq dağı və ətrafındakı yüksəkliklərin nəzarətə alındığını bildirir.
Bu barədə avqustun 6-da Müdafiə Nazirliyinə istinadla Azərbaycanın rəsmi xəbər agentliyi AzərTac məlumat yayıb.
" Bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux (Buzluq-AR) dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib." -açıqlamada deyilir.
Rəsmi xəbərlə yanaşı sosial şəbəkələrdə sözü gedən dağla bağlı olduğu iddia olunan video paylaşılıb. Həmin videoda Azərbaycan hərbçiləri bir yüksəkliyə Azərbaycan bayrağını sancırlar. Bundan başqa Azərbaycan əsgərlərinin yanında əlində Rusiyanın bayrağı olan Rusiya hərbçisi də görünür.
Sizin brauzer HTML5-i dəstəkləmir
Müdafiə nazirliyi Qarabağda bir sıra yüksəkliklərin nəzarətə alındığını bildirir
Üç gün əvvəl də Müdafiə nazirliyi bir neçə yüksəkliyin nəzarətə götürüldüyü bildirib.
Nazirliyin avqustun 3-də yaydığı məlumatda qeyd olunur ki, qeyri-qanuni erməni silahlı dəstələri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.
Elə həmin gün, bu, əməliyyat xəbərindən əvvəl nazirlik atəşkəsin pozulması nəticəsində bir Azərbaycan əsgərinin həlak olduğunu bildirib.
Azərbaycan Ordusunun keçirdiyi cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb-Nazirliyin avqustun 3-də yaydığı açıqlamada deyilir.
Qarabağdakı tanınmayan qurum isə 2 əsgərin öldürüldüyünü, 15 nəfərin yaralandığını bildirib. Həm də separatçı qurum atəşkəsin pozulmasında Bakını günahlandırıb.
Bundan başqa Rusiyanın Müdafiə Nazirliyinin yaydığı bülletendən atəşkəsin Azərbaycan tərəfdən pozulduğu iddia olunub. Azərbaycanın Müdafiə Nazirliyi isə bütün iddiaları rədd edir.
Buna da bax:
Müdafiə Nazirliyi Qarabağda hərbi əməliyyat keçirildiyini bildirir (Video)Xatırlatma
2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona ( Kəlbəcər rayonu daxil) nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Sizin brauzer HTML5-i dəstəkləmir
Laçında məskunlaşmış ermənilər: Ayın sonunadək şəhərdən çıxmalıyıq