Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi həbs edilib 

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Məhərrəm oğlu Şirinovun həbs edildiyi bildirilir

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Məhərrəm oğlu Şirinovun həbs edildiyi bildirilir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən “Turan” İnformasiya Agentliyinə məlumat verilib.

Vurğulandığına görə, Hərbi Prokurorluğun İstintaq idarəsi Cinayət Məcəlləsinin 179.4, 341.2.1 və digər maddələr ilə ittiham elan edib.

Məlumata görə, onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət Məcəlləsinin 179.4 maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən küllü miqdarda mənimsəmə, 341.2.1 maddəsində isə vəzifə səlahiyyətlərindən sui-istifadədən söhbət gedir.

Orda 14 ilə qədər həbs nəzərdə tutulur.

İttihama Şirinov və ya onun vəkillərindən münasibət almaq mümkün olmayıb.

Bir neçə gün öncə həmin idarənin başqa bir sabiq rəisi Məlikməmməd Oruc oğlu Qurbanovun mənimsəmədə ittiham edilərək həbs olunduğu açıqlanmışdı.

Onun da ittihama münasibətini öyrənmək mümkün olmayıb.