İki məntəqədə nəticələr ləğv olunub

MSK-da mətbuat konfransı, 26 sentyabr 2016

Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı iki məntəqədə nəticələri ləğv edib.

Bu barədə “Turan”agentliyinə Mərkəzi Seçki Komissiyası-ndan məlumat verilib.

Məlumata görə, nəticələrin ləğvi seşkilər zamanı qanun pozuntuları ilə bağlıdır:

"Ağdaş bələdiyyəsinin 8 və 10 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən bəzi qanun pozuntuları ilə bağlı müraciət daxil olub. MSK nəzdində Ekspert qrupunun üzvü şikayəti araşdırıb və müraciətdə qeyd olunanlar öz təsdiqini tapıb".

Lakin məsələnin detalları açıqlanmayıb.Hələlik, bu qərara maraqlı tərəflərin münasibətini almaq mümkün olmayıb.

Xatırlatma

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.

MSK qeyd edib ki, ölkə üzrə 1627064 nəfər səs verib və seçici fəallığı 32.72 faiz olub.

Qurumun məlumatına görə, bu seçkilər zamanı ölkə üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməli idi. Bülletenlərə 41 min 462 namizədin adı daxil edilmişdi.

Bəzi müxalif partiyalar bu seçkilərə qatılmayıb. Onlar deyiblər ki, ölkədə azad və ədalətli seçkilər üçün lazımı şərait yoxdur. MSK və rəsmilər belə fikirlərlə razılaşmırlar.Bu Azərbaycanda keçirilən 5-ci bələdiyyə seçkiləri idi.