İraqın Mosul şəhərindən evlərini tərk edən didərginlərin sayı 100 minə çatıb.
Xəbəri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı yayıb.
Xəbərdə deyilir ki, evlərindən didərgin düşən adamlar ölkənin şimalındakı düşərgələrdə soyuqdan və ərzaq çatışmazlığından əziyyət çəkir.
Bu günlərdə İraq ordusu havadan İŞİD-in nəzarətində olan Mosul əhalisinə 4 milyon məktub atıb. Məktubları İraqın ayrı-ayrı şəhərlərindən olan adamlar yazıb. Məqsəd şəhər əhalisinə təsəlli vermək, onların unudulmadığını çatdırmaqdır.
Mosul 2014-cü ildən "İslam Dövləti" qruplaşmasının əlindədir.
Oktyabrın 17-dən İraq ordusu Mosulu azadetmə əmliyyatına başlayıb.