"Astana görüşü Suriya münaqişəsinin həlli baxımından çox əhəmiyyətli olacaq".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov bildirib ki, münaqişənin həlli ilə bağlı irəliləyişlər əldə edilib. Astanada keçiriləcək görüş isə fevralda Cenevrədə davam edəcək daha geniş müzakirələr üçün olduqca önəmlidir: "Moskva bu görüşdən atəşkəsin gücləndirilməsi və tərəflər arasında dialoqun başlanmasını gözləyir".
Astana danışıqları yanvarın 23-də başlayacaq.