Moskva qasırğasında 11 ölən var (VIDEO)

Sizin brauzer HTML5-i dəstəkləmir

Rusiya paytaxtını güclü qasırğa vurması nəticəsində 11 nəfər ölüb və onlarca insan yaralanıb.

Moskva meri Sergey Sobyanin mayın 29-da deyib ki, qasırğa gündüz saatlarında baş verdiyindən misilsiz insan tələfatı ilə nəticələnib.

O əlavə edib ki, 70-dək adam müxtəlif dərəcəli xəsarət alıb.

Bu, son 20 ildə Mosvanı vuran ikinci qasırğadır. 1998-ci ildə baş vermiş qasırğa zamanı 8 və 11 arası adamın öldüyü xəbər verilmişdi.

Enerji Nazirliyinin məlumatında deyilir ki, güclü küləklər Moskva boyunca elektrik xətlərini sıradan çıxararaq 7300 sakini elektriksiz qoyub.

Sobyannin isə bildirib ki, təxminən gündüz saat 4 radələrində başlayan qasırğa nəticəsində sürəti saatda 110 kilometri aşan küləklər paytaxtda 3500 ağacı kökündən çıxarıb.

Qasırğa habelə şəhərin nəqliyyat sistemi üçün də təsirsiz keçməyib. Dəmir yollarında gecikmələr baş verib.