Moskva yaxınlığında hərbi təyyarə qəzaya düşüb

Təyyarənin düşməsi anı

Xilasedicilərin hadisə yerində yanğını söndürməyə çalışdığı, heyət üzvlərinin taleyinin bəlli olmadığı bildirilir

Avqustun 17-də Moskva yaxınlığında hərbi təyyarə sınaq uçuşu zamanı qəzaya uğrayıb, üç heyət üzvünün həlak olduğu güman edilir.

IL-112V hərbi yük təyyarəsinin sınaq versiyasının Nikolskoye şəhəri yaxınlığında qəzaya düşməsinə mühərriklərdən birində yanğın səbəb ola bilər.

Bir şahidin yaydığı videoda hava meydançasına yaxınlaşan təyyarənin sağ tərəfinin alovlandığı görünür. Sonradan təyyarəyə nəzarət itir və o, meşəliyə düşür.

Xilasedicilərin hadisə yerində yanğını söndürməyə çalışdığı, heyət üzvlərinin taleyinin bəlli olmadığı bildirilir.

İstintaq Komitəsinin sözçüsü Yelena Markosvkaya müstəntiqlərin qəza yerinə göndərildiyini deyib.

Il-112V Rusiyada postsovet dövründə “sıfırdan” yığılan ilk hərbi nəqliyyat təyyarəsidir. 1990-cı illərdə onun üzərində iş getsə də daim vəsait qıtlığı ilə üzləşib.

Təyyarə Moskva regionunda Ordu 2021 beynəlxalq hərbi və texniki forumda nümayiş olunacaqdı. Forum avqustun 22-dən 28-dək keçiriləcək.