Misirdəki partlayışda azı 20 nəfər ölüb

Misir, 11 dekabr 2016

Misirin paytaxtı Qahirədə kopt kilsəsində baş verən partlayışda azı 20 nəfər ölüb, 50-yə yaxın adam yaralanıb.

Partlayışın baş verdiyi St Mark Katedrali Misirdəki xristian koptlarınmərkəzi sayılır.

Misirdə xristianlar əhalinin 10 faizini təşkil edir.

Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti üstünə götürməyib.