“Danabaş köyünün hikayeleri” çap olundu

Cəlil Məmmədquluzadənin “Danabaş köyünün hikayeleri” kitabı

Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” kitabı Türkiyə türkcəsində oxuculara təqdim olunub.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, kitab nazirliyin 2016-cı ildən başladığı “Azərbaycan Kitabının Dünyada Tanıdılması” (AKDT) layihəsi çərçivəsində nəşr olunub.

Buna da bax:‘Qan içində’ İstanbul kitab sərgisində

Türkiyənin “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatı ilə əldə olunmuş razılığa əsasən, ilkin mərhələdə seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi həyata keçiriləcək.

Yusif Vəzir Çəmənzəminlinin “Kan içinde. İki ateş arasında” romanının ardınca Cəlil Məmmədquluzadənin “Danabaş köyünün hikayeleri” kitabı Türkiyəli kitabsevərlərin ixtiyarına verilib.

Kitabları Türkiyə türkcəsinə Azərbaycan əsilli tanınmış şair-yazıçı Yurtseven Şen çevirib.