Milyarder və jurnalist kosmosa yollanıb

Arxiv fotosu

Soyuz MS-20 Yeri ətrafında dörd dövrə vurandan, altı saatlıq uçuşdan sonra Beynəlxalq Kosmik Stansiyaya (BKS) yan alacaq

Rusiyanın Soyuz raketi yaponiyalı milyarderi və Rusiyanın TASS dövlət xəbər agentliyinin reportyorunu kosmosa aparıb.

Qazaxıstanın Baykonur kosmodromundan buraxılan Soyuz MS-20 Yeri ətrafında dörd dövrə vurandan, altı saatlıq uçuşdan sonra Beynəlxalq Kosmik Stansiyaya (BKS) yan alacaq.

Yaponiyalı onlayn dəb maqnatı Yusaku Maezava və onun köməkçisi, TASS-ın reportyoru Aleksandr Misurkin kosmosda 12 gün qalacaqlar.