Metroda 11 aylıq fasilə: 'Daşınma pulsuz olsun'
Sizin brauzer HTML5-i dəstəkləmir
Metroda "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması ilə əlaqədar "28 May" və "Nizami" stansiyaları arasında hərəkət dayandırılır. Ən azı 11 ay çəkəcək bu dövrdə sərnişinlərə bu istiqamətlər üzrə altı ekspress marşrut xətti təklif ediləcək. Lakin vətəndaşların gözlədiyinin əksinə olaraq, bu xətlərdə gediş haqqı pulsuz yox, 60 qəpik olacaq.