Messi Parisdə belə qarşılandı

Lopnel Messi İspaniyadan Fransaya yollanır

Ötən həftə Ispaniyanın “Barselona” klubunu tərk edən argentinalı futbolçu Lionel Messi Parisdə «qəhrəman” kimi qarşılanlb.

Bu barədə Reüters və digər qərb agentlikləri məlumat yayıb. Messi Fransaya, yerli Paris Saint Germain (PSG) klubuna rəsmi müqavilə bağlamaq üçün gəlib.

Şərhşilər hesab edirlər ki, onun PSG-yə qoşulması, onsuz da güclü heyəti olan bu klubda böyük yeniliyə səbəb olacaq.

Hazırda bu klubun heyətində braziliyalı Neymar və fransalı Kylian Mbappe kimi məşhur fudbolçular var.

Messinin onlarla fanatı onu Le Burje hva limanında alqışlarla qarşılayıblar.

Lionel Messi hələlik klubla əldə etdiyi razılaşma barədə heç bir məlumat verməyib.

Amma atası, Barselona hava limanında jurnalistlərlə söhbət zamanı, Messinin PSG ilə razılığa gəlməsi barədə Fransanın “L'Equipe” və İspaniyanın “Mundo Deportivo” qəzetlərinin yazdıqlarını təsdiqləyib.

Qeyd edək ki, 6 dəfə “Qızıl top”un müəllifi olan 34 yaşlı futbolçu, ötən həftə İspaniyanın “Barselona” klubunu tərk etməli oldu.

İdman portallarının məlumatına görə, Messi bu klubdan, daxili maliyyə problemləri və İspaniya liqasındakı ciddi qaydalara görə getməli olub.

O, 21 illik bütün karyerasını bu klubda keçirib.

Lionel Messi Barselonaya 2000 -ci ildə-13 yaşında gəlib, 3 il sonra isə əsas heyətdə yer alıb.