FED 4 mərtəbədə, Mərkəzi Bank göydələndə – 770 milyonluq sual
Sizin brauzer HTML5-i dəstəkləmir
Prezident Mərkəzi Bankın 770 milyon manata başa gələn yeni inzibati binasının açılışını edib. Binanın mebel və avadanlıqla təminatına 130 milyon manat xərclənib. 35-mərtəbəli yeni binada 1300 əməkdaş çalışacaq ki, bu da hər mərtəbəyə orta hesabla 37 işçinin düşməsi deməkdir.
İqtisadçı-ekspert Zöhrab İsmayıl belə dəbdəbəli inzibati binaların inşasını dövlət büdcəsinin israfı kimi dəyərləndirib: "Qlobal maliyyə sistemində mühüm rol oynayan ABŞ Federal Rezerv Sisteminin (FED) baş qərargahı 4-mərtəbəli bir binada yerləşir".