Azərbaycan Mərkəzi Bankının (MB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi artırılıb.
MB saytında yayılan məlumata görə, faiz dərəcəsi 0.25 bənd artırılaraq 8.25-ə, faiz dəhlizinin aşağı həddi 1.25 artırılaraq 6.25-ə qaldırılıb. Faiz dəhlizinin yuxarı həddi isə 9.25 səviyyəsində dəyişməz saxlanıb.
Mərkəzi Bank hesab edir ki, bu qərar faktiki göstəricilər və yenilənmiş makroiqtisadi proqnozlara əsaslanır: "Dünya ərzaq qiymətlərindəki azalma dinamikası, ticarət tərəfdaşlarında inflyasiyanın nisbətən səngiməsi ölkədə inflyasiya səviyyəsinə zaman intervalı ilə təsir edir. Son iki ayda faktiki illik inflyasiya sabitləşsə də, hələ də ikirəqəmli olaraq qalir".
Mərkəzi Bank vurğulayır ki, növbəti il üzrə inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksəkdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 11 ayında inflyasiya 14 faizə yaxın olub.
Buna da bax: Baş nazir və müxalifət lideri inflyasiyanı necə hesablayır?Uçot dərəcəsi – Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Mərkəzi bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir. Onlar isə həm adi vətəndaşları, həm də müxtəlif şirkət və təşkilatları kreditlə təmin edir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir, inflyasiya səviyyəsi endikcə, əksinə, uçot dərəcəsi də endirilir.