Mərkəzi Bank hərrac keçirəcək

Azərbaycan Mərkəzi Bankı, Bakı

Yanvarın 24-də Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək. Mərkəzi Bankın məlumatına görə, dolayı hərracda 50 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gündür.

"Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 12,01-14,99 faiz təşkil edir.