Merkel yenə də ‘dünyanın ən nüfuzlu qadını’ oldu

Çətin danışıqlar: Angela Merkel Vladimir Putinlə (sağda) Volodymyr Zelenskiy-nin arasında

Almaniya kansleri Angela Merkel Forbes jurnalının 2019-cu il üçün “Dünyanın yüz ən nüfuzlu qadını” siyahısında birinci pilləni tutub.

O, əslində bu siyahıya dalbadal doqquzuncu dəfədir ki, liderlik edir.

Almaniyanın başqa bir nümayəndəsi, bu il Avropa Komissiyasının rəhbərliyinə gəlmiş Ursula von der Leyen bu siyahıda dördüncüdür.

İkinci və üçüncü yerləri Avropa Mərkəzi Bankının yeni sədri Christine Lagarde və ABŞ Nümayəndələr Palatasının spikeri Nancy Pelosi tutublar.

General Motors şirkətinin baş direktoru Mary Barra 5-ci pillədə qərarlaşıb.

Buna da bax: Greta Thunberg ‘İlin adamı’ seçildi

Britaniya kraliçası II Elizabeth siyahıda qırxıncıdır.

ABŞ prezidenti Donald Trump-ın qızı Ivanka 42-ci yerdədir.

Rusiya Bankının rəhbəri Elvira Nabiullina 53-cü yeri tutmaqla bu siyahıdakı yeganə rusiyalıdır.

Sonuncu, 100-cü yerdə 16 yaşlı isveçli ekofəal Greta Thunberg-dir.

Maraqlıdır ki, Time jurnalı onu “ilin adamı” elan etmişdi.