Məmurların biznesinə qarşı qanun layihəsi: 'Tutulsan qaytarırsan, tutulmasan — batdı getdi'
Sizin brauzer HTML5-i dəstəkləmir
Beynəlxalq qurumların 20 illik təkidindən sonra "Maraqlar toqquşması haqqında" qanun layihəsi, nəhayət, Milli Məclisə gəldi. Deputatlar layihənin korrupsiyaya qarşı güclü zərbə olacağını desələr də, müstəqil iqtisadçılar sənədin olduqca zəif hazırlandığını və elitar biznes şəbəkələrinə heç bir təsirinin olmayacağını bildirirlər. Ekspertlərin fikrincə, real bəyannamə sistemi və ciddi cəzalar olmasa, qanun sadəcə kağız üzərində qalacaq.