Məmmədyarov Çinə gedir

Martın 13-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasına işgüzar səfərə gedir.

Azərtac-ın xəbərinə görə, ikigünlük səfər zamanı E. Məmmədyarov Çinin bir sıra rəsmi şəxsləri ilə görüşəcək.

Səfər çərçivəsində Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsinə dair memorandumun da imzalanacağı gözlənilir.