Meksikanın mərkəzi hisssində yanacaq kəmərinin partlaması nəticəsində azı 66 nəfər ölüb,onlarla adamsa yaralanıb.
İdalqo əyalətinin qubernatoru Omar Fayadın məlumatına görə partlayışa səbəb yanacaq sızması olub.
Partlayış yanvarın 18-də paytaxt Mexikonun 85 kilometrliyində baş verib.
Qubernator yerli televiziyaya müsahibəsində deyib ki, sakinlər həmin ərazidə qanunsuz yanacaq çəkilirmişlər.
O azı 54 yaralının xəstəxanaya götürüldüyünü deyib.
Yerli mətbuatın yazdığına görə, əllərində vedrə olan yüzlərlə adam, Tlahuelilpan şəhərinin yaxınlığında borunun sızan yerdən benzin götürmək istəyirmişlər.