Meksikada bahalaşmaya görə marketlər yağmalanır

Meksika, 4 yanvar 2017

Meksikada yeni ildə benzinin bahalaşmasından sonra ölkədə başlayan etiraz və talan hadisələrində ölənlərin sayı 5-ə çatıb.

Hökumət rəsmiləri keçən həftədən 31 şatıtın 22-də davam edən etirazlarda 400-dən çox yanacaq stansiyasınnı və supermarketin yağmalandığını bildirib. Bu hadisələrə görə 700-dən çox adam saxlanılıb. Yanvarın 1-dən Meksikada benzin 20 faiz bahalaşıb.

Meksika prezidenti Enrique Pena Nieto deyib ki, benzinin bahalaşması bütün düyndakı bahalaşmayla bağlıdır. Prezident deyib ki, 20 faizlik bahalanma ağır olsa da vacib idi.