Məhərrəm ayı başladı

Sizin brauzer HTML5-i dəstəkləmir

Nardaranda Aşura mərasimi [geniş video]

Bu gün, oktyabrın 3-dən Azərbaycanda hicri-qəməri təqvimi ilə yeni il başlayır. Məhərrəm ayının 1-i hicri-qəməri ilə 1438-ci ilin ilk günüdür. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası fətva verib.

Fətvada bildirilir ki, Məhərrəm ayının başlanması 2016-cı il oktyabrın 3-nə, Aşura günü isə oktyabrın 12-nə düşür.

Fətvada dindarlar özünə xəsarət yetirməkdən çəkinməyə və bunun əvəzində xəstələrə qan verməyə dəvət edilir.

Eyni zamanda insanlara dindən siyasi alət kimi istifadə etməmək, müxtəlif dini cərəyanlar arasında ədavətin salınmasına yol verməmək tövsiyə edilir.

Aşura Məhərrəm ayının 10-cu günüdür. Miladi təqvimi ilə 680-ci ilin həmin günü Kərbəlada Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Əlinin oğlu İmam Hüseyn öz tərəfdarları ilə birlikdə həlak olub. Aradan XIII əsr keçsə də, islam aləmində həmin gün hələ də faciə kimi qeyd edilir.