Dmitry Medvedev Rusiyanın “inkişaf mərhələsinə” keçdiyini deyir

Dmitry Medvedev, December 2012.

Rusiyanın baş naziri Dmitry Medvedev hesab edir ki, Rusiya “tədricən inkişaf mərhələsinəqədəm qoyur”.

Baş nazir İsrailin Şanel2 telekanalına müsahibəsində deyib ki, Rusiyada yaxın illərdə inflaysiya təxminən 4 faiz olacaq. O qeyd edib ki, Rusiya enerji ixracından asılı olan iqtisadiyyatın strukturunu dəyişməlidir.

Medvedev musahibəsində vurğulayıb ki, “texnoloji inqilab” və İT biznesi onlar üçün əhəmiyyətli məsələdir.

Rusiya iqtisadiyyatı son illərdə çox zəifləyib, rubl dollar nisbətdə xeyli dəyər itirib.

Qərb ölkələri Rusiyanın Ukraynaya müdaxiləsi, Krımı annexasiya etməsinə görə Moskvaya qarşı sərt iqtisadi sanksiyalar qoyub. Həm bu, həm də neftin dünya bazarında qiymətinin düşməsi Rusiya iqtisadiyyatını zəiflədən amillərdəndir.