Məcnun Məmmədov Azərbaycanın kənd təsərrüfatı naziri təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev aprelin 14-də sərəncam imzalayıb.
M.Məmmədov bu vəzifədə İnam Kərimovu əvəz edib. İ.Kərimov aprelin 4-də Azərbaycan Ali Məhkəməsinin sədri təyin edilib.
Məcnun Məmmədov haqqında
M.Məmmədov da, son illər bir sıra yüksək dövlət vəzifələrinə seçilən kadrlar kimi, buna qədər "PASHA Holding"də çalışıb. O, holdinqin aqrar sahə üzrə böyük layihələrinə rəhbərlik edib.
Yeni nazir 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 2004-2006-cı illərdə isə Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil alıb.