Dekabrın 1-də Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxanada yanğın olub. Bu haqda APA məlumat yayıb.
Yanğının elektrik xətlərindəki qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur.
Yanğın yataqxananın 5-ci mərtəbəsində başlayıb. Nəticədə 2 otaq yanıb. Tüstüdən boğulma təhlükəsi ilə üzləşən biri 15 günlük körpə olmaqla, 4 nəfər binanın damından Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikasından istifadə olunmaqla xilas edilib.
Ümumilikdə, yanğın zamanı 7 nəfərin tüstüdən zəhərləndiyi bildirilir.