Dollar 1.83 manatı keçdi

Bakıda Exchange.

Azərbaycan Mərkəzi Bankı manatın yanvarın 19-na olan rəsmi məzənnəsini açıqlayıb.

Həmin tarixdə bir dollar 1,8311 manata bərabər olacaq.

Yanvarın 18-də bir dollar 1,8045 manat olmuşdu.

Buna da bax:​ Banklar dolları 'qara bazar' qiymətinə satmağa başlayacaq

Halbuki, yanvarın 18-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirilmişdi. Həmin hərracda manatın orta çəkili məzənnəsinin bundan bir qədər az, 1.8285 manat səviyyəsində formalaşdığı açıqlanmışdı.

Artıq AMB həftədə valyuta hərraclarını əvvəllər olduğu kimi, 2 yox, 3 dəfə keçirir.