Dollar 1.72 manatı keçdi

Bakıda Exchange

Azərbaycan Mərkəzi Bankı manatın noyabrın 29-na olan rəsmi məzənnəsini açıqlayıb.

Həmin məzənnəyə görə, noyabrın 29-da bir dollar 1,7246 manata bərabər olacaq.

Noyabrın 25-dən rəsmi məzənnə ilə bir dollar 1,7196 manata bərabər idi.

Buna da bax:​ 'Qara bazar'la bankların məzənnə fərqi

Kommersiya banklarının dolları azı 1,77-1,78 manata alıb, 1,78-1,79 manata satdıqları bildirilirdi.

“Qara bazar”da isə dollar daha baha idi. Dolların 1,80 manata alındığı, 1,81 manata satıldığı deyilirdi.