Dollar 1,64 manata yaxınlaşır

Bakıda Exchange

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın oktyabrın 28-nə olan rəsmi məzənnəsini açıqlayıb.

Həmin məzənnəyə görə, oktyabrın 28-də bir dollar 1,6381 manata bərabər olacaq.

Oktyabrın 25-dən sonra rəsmi məzənnə 1,6291 manat olmuşdu.

Artıq bir həftədir ki, manat dollarla müqayisədə ucuzlaşmaqdadır. Ondan əvvəlki bir ayda isə manat bahalaşmaqda idi.

Oktyabrın 27-də Mərkəzi Bankın hərracında 1 ABŞ dolları 1.6291 manat məzənnəsi ilə başlamış, 1.6361 məzənnəsi ilə yekunlaşmışdı.

Ekspertlərə görə, manatın ucuzlaşması davam edəcək. Onlar ilin sonuna kimi bir dolların 1,90 manata qədər bahalaşacağını güman edirlər.