İranın keçmiş prezidenti Mahmud Ahmadinejad-a qarşı hökm çıxarıla bilər. O, hakimiyyətdə olduğu dövrdə büdcə fondlarından bir neçə milyard dolları düzgün istifadə etməməkdə suçlanır. Yeddi hal üzrə ittiham daha çox Ahmadinejad-ın ikinci dönəm hakimiyyətdə olduğu dövrə (2009-2013-cü illər) təsadüf edir. İttihamı irəli sürənsə İranın Ali Audit Məhkəməsidir.
İyulun 30-da yerli mediaya müsahibəsində Ali Audit Məhkəməsinin prokuroru Fayaz Shojaie deyib ki, eks-prezidentə qarşı qaldırılmış epizodlardan birində söhbət 2 milyard dollardan gedir.
Reuters agentliyi yazır ki, istintaqın nəticəsiartıq İran parlamentinə göndərilib. Sözügedən məhkəmə parlamentin müşahidəsi altında fəaliyyət göstərir.
Eks-prezidentin taleyinin məhkəmədə, yoxsa parlametdə həll olunacağı hələ ki bəlli deyil.