Orban gedir, 'orbanizm' qalır

Sizin brauzer HTML5-i dəstəkləmir

Viktor Orbanı vəzifədən uzaqlaşdırmaq mümkün olsa da, "orbanizmi" kökündən sarsıtmaq daha çətin görünür. "Karneqi" Mərkəzinin analitik məqaləsində deyilir ki, uzun illər hakimiyyətdə olan "Fides" partiyası ilə dövlət aparatı və nəhəng biznes strukturları o qədər qarışıb ki, yeni hökumətin onları təmizləmək üçün kifayət qədər kadr potensialı yoxdur. Bütün idarəetmə zəncirində kadrları eyni anda əvəzləmək texniki cəhətdən qeyri-mümkündür. Digər tərəfdən, genişmiqyaslı "təmizləmə" siyasəti dövlət aparatı və iri biznes elitası tərəfindən yeni liderə qarşı üsyan riskini də artıra bilər".