Lukashenka ölkənin ali hərbi rəhbərliyində dəyişikliklər edib

Belarus prezidenti Alyaksandr Lukashenka 20 Yanvar , 2020

Belarus prezidenti Alyaksandr Lukashenka müdafiə naziri də daxil olmaqla ölkənin ali hərbi rəhbərliyində dəyişikliklər edib.

Bu barədə yanvarın 20-də “BelTA “ və “Interfax” agentlikləri məlumat yayıb.

Prezident qərb qoşunlarının komandanı general-mayor Viktar Khrenini müdafiə naziri vəzifəsinə təyin edib.

Keçmiş müdafiə naziri generlal-leytenant Andrey Raukou isə Təhlükəsizlik şurasının baş katibi vəzifəsinə təyin edilib.

Lukashenka həmçinin general-mayor Alyaksandr Valfovich silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsinə təyin edib.

Buna da bax: Belarus Rusiya ilə narazılığa görə Azərbaycan və digər ölkələrdən neft almaq istəyir