Mayın 5-də Bakı və Abşeron yarımadasında gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər arabir güclənən şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 13-15, gündüz 19-24, Bakıda gecə 13-15, gündüz 21-23 dərəcə isti proqnozlaşdırılır.
Mayın 5-də Azərbaycanın rayonlarında da arabir yağış yağacağı, bəzi yerlərdə yağıntının leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə 9-14, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 9-14 dərəcə isti təxmin edilir.