Lerik rayonunda bir ev torpaq altında qalıb

Torpaq sürüşməsi. Foto arxiv

Lerik rayonunun Lərmərud kəndində torpaq sürüşməsi baş verib. Sakinlərə ziyan dəyib.

Rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikovun bu gün, martın 31-də verdiyi məlumata görə, kənddə bir yaşayış evi torpaq altında qalıb: "Son vaxtlar fasiləsiz yağan yağışlar torpaq sürüşməsinə səbəb olub. Bir ev dağılıb, torpaq altında qalıb. Tələfat yoxdur".

Lərmərud Lerik rayonunun 150 kəndindən biridir. Kəndin 200 nəfərdən çox sakini var.