Leonid Kuravlyov vəfat edib

Leonid Kuravlyov

Sovet və Rusiya kinosunun populyar aktyorlarından biri Leonid Kuravlyov Moskvada 85 yaşında vəfat edib.

O, yanvarın 10-da pnevmoniya (ağciyər iltihabı) diaqnozu ilə Kommunarkada klinik xəstəxanaya yerləşdirilib. Aktyorun COVID-19 testi mənfi çıxıb. Yanvarın 26-da reabilitasiya üçün başqa tibb müəssisinə köçürülüb.

Leonid Kuravlyov "İvan Vasilyeviç peşəsini dəyişir" komediyasında Jorj Miloslavski, "Afonya" komediyasında santexnik Afanasi Borşov, "Qızıl dana" filmində Şura Balaqanov, "Belə bir oğlan yaşayır" filmində isə sürücü Pavel Kolokolnikov rollarını yaradıb.