Laçında ağacların kəsilməsinə görə cinayət işi açıldı

Sizin brauzer HTML5-i dəstəkləmir

Laçından reportaj

Azərbaycan Baş Prokurorluğu Ermənistan Silahlı Qüvvələri tərəfindən Laçında külli miqdarda ağacların kəsilməsi ilə əlaqədar cinayət işinə başlanıldığını bildirir.

Qurum Laçın rayonu işğaldan azad olunmasından az müddət öncə 1 min 818 ədəd müxtəlifcinsli, köküstdə çoxillik ağacların kəsilməsinə və ölkəyə 1 milyon 511 min 330 manat məbləğində maddi ziyanın vurulmasına əsaslı şübhələr müəyyən edildiyini bildirir.

Bununla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və digər maddələri ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq hərəkətləri aparıldığı deyilir.

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.