Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, sabah – iyulun 23-də ABŞ dövlət katibi Marko Rubio ilə görüşü razılaşdırılıb. Lavrov bu barədə Manilada keçirilən forum çərçivəsində jurnalistlərə açıqlama verib.
Rubio isə Lavrovla görüşdə Ukraynadakı müharibə məsələsini qaldıracağını bildirib. Bu haqda "Reuters" agentliyi yazır. Onun sözlərinə görə, ABŞ Ukraynada müharibənin başa çatdırılması üçün konstruktiv rol oynamaq imkanlarını nəzərdən keçirir.
ABŞ dövlət katibi Vaşinqtonun Moskva ilə digər sahələrdə də tərəfdaşlıq qura biləcəyini söyləyib.
Donald Tramp 2025-ci ilin yanvarında ikinci dəfə prezident postuna keçəndən bəri Ukrayna münaqişəsinin həllinə yönəlik səylər intensivləşmiş, bir sıra görüşlər təşkil olunmuşdu. Amma bu ilin fevralında ABŞ və İsrail İrana hava zərbələrinə başlayandan bəri görüşlər səngiyib.