Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş rəhbəri ölü tapılıb

Georgi Kutoyan-Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş rəhbəri

Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Georgi Kutoyanın cəsədi aşkar edilib.

Bu barədə Ermənistan İstintaq Komitəsinin sözçüsü Naira Arutyunyan yanvarın 17-də özünün feysbuk səhifəsində yazıb.

Kutoyanın cəsədi Yerevanın "Paruyr Sevak" küçəsindəki mənzillərdən birində tapılıb. Cəsəddə güllə yarası aşkar edilib.

Hadisə yerinə xüsusi qrup göndərilib. Faktla bağlı istintaq başlayıb.