Ağ Evin müşaviri və Trump-ın kürəkəni Ankarada Erdoğanla görüşüb

Ağ Evin müşaviri Jared Kushner (solda) və Recep Tayyib Erdoğan

Ağ Evin baş müşaviri Jared Kushner Səudiyyə kralı və vəliəhdi ilə danışıqlar apardıqdan bir gün sonra Türkiyə prezidenti Recep Tayyip Erdoğanla görüşüb.

Türkiyə prezidentinin administrasiyası fevralın 27-də bildirib ki, ABŞ prezidneti Donald Trump-ın kürəkəni Kushner-lə görüşdə habelə Türkiyənin iqtisadiyyat naziri, həm də Erdoğanın kürəkəni olan Berat Albayrak da iştirak edib.

Anadolu dövlət agentliyi Ankarada keçirilmiş görüşün iki saat çəkdiyinui bildirib, lakin bundan artıq təfərrüatlar verilməyib.

Ağ Ev bildirir ki, Kushner-in səfəri hələki bəyan edilməmiş Yaxın Şərq sülh təşəbbüsünün tərkibinə daxildir.

Kushner deyib ki, bu planın xırdalıqlarını, aprelin 9-da keçiriləcək İsrail seçkilərindən sonra açıqlayacaq.

Kushner fevralın 26-da Səudiyyə Ərəbistanının kralı Salman və qüdrətli vəliəhd şahzadə Muhammad bin Salmanla görüşmüşdü.

Ağ Ev bildirir ki, bu səfərdə Kushner-i ABŞ-ın Yaxın Şərq üzrə səfiri Jason Greenblatt and İran üzrə xüsusi nümayəndə Brian Hook müşayiət edirlər.

Bu, ABŞ-da yaşayan səudiyyəli jurnalist Jamal Khashoggi-nin qətlindən sonra hər hansı ABŞ rəsmisinin bin Salmanla ilk üzbəüz görüşü idi.

Riyad bu qətldə vəliəhd şahzadənin əlinin olduğuna dair iddiaları rədd edir və bildirir ki, jurnalisti özbaşına hərəkət edən agentlər öldürüblər.

Kushner habelə Birləşmiş Ərəb Əmirliklərinə, Bəhreyn və Omana səfərlər edəcək.