Aprelin 21-i səhər saatlarında Kürdəmir rayonunun Cənub Məhəlləsində yerləşən fərdi yaşayış evlərindən birində yanğın baş verib.
"Report"un xəbərinə görə, yerli sakinlərdən birinə məxsus evin yanması nəticəsində 3-ü azyaşlı olmaqla, bir ailənin 5 üzvü müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onların İmişli rayon sakinləri olduğu bildirilir.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətləri ağır olduğundan sonradan Bakıdakı xəstəxanalardan birinə göndərildikləri qeyd olunur. Hadisəyə ilkin səbəb kimi televizorun partlaması bildirilir.
Faktla bağlı araşdırma aparılır.